"Bomj"la bağlı sosial şəbəkələrdə yayılan video etiraz doğurub.
7News.Az Metro-ya istinadla xəbər verir ki, videoda dəmiryol işçisinin platformada yatan kimsəsiz kişinin üstünə çirkli suyu atması əks olunub.
İngiltərədə çəkilən video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, dəmiryol işçisi bu hərəkətinə görə qınaq obyekti olub.
Lakin The Sun həmin evsiz kişinin qatil olduğunu aşkarlayıb. Bundan sonra sosial şəbəkələrdə "bomja" qarşı münasibət dəyişib. İzləyicilərin çoxu dəmiryol işçisinə haqq qazandırmağa başlayıblar.
46 yaşlı evsiz Toby Sawyer-in 2000-ci ildə ən yaxın dostunu qətlə yetirdiyi məlum olub. O, 5 il cəza çəkdikdən sonra azadlığa çıxıb.
7News.Az












