RU
Küçədə zorlanan qızlar karantin rejimini pozduqları üçün CƏRİMƏLƏNDİLƏR
16:30
477

Küçədə zorlanan qızlar karantin rejimini pozduqları üçün CƏRİMƏLƏNDİLƏR

Rusiyanın Krasnoyarsk şəhərində təcavüzə uğrayan 17 və 18 yaşlı qızlar barəsində izolyasia rejimini pozduqları üçün inzibati protokol tərtib olunub.

7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "Taiga.info" nəşri Daxili İşlər Nazirliyinin şəhər idarəsinə istinadən yazır.

Belə ki, həmin vətəndaşlar barəsində 100-1000 rubl cərimə nəzərdə tutulur.

Onlara təcavüzdə ittiham olunan şəxslə bağlı da, cinayət işindən əlavə, karantin rejimini pozduğu üçün protokol tərtib olunub.

Məlum olub ki, daha öncə dəfələrlə məhkum olunan 1964-cü il təvəllüdlü təcavüzkar qızlardan mobil telefon və zinət əşyalarını oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ