Bəzi ölkələr Ukraynanı silahla təmin etmək üçün misli görünməmiş qərarlar qəbul ediblər, çünki əvvəllər silahı heç kimə verməmişdilər.
7NEWS.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn brifinq zamanı bildirib.
Nazir qeyd edib ki, bitərəf Finlandiya əvvəllər dünyanın heç bir ölkəsinə hərbi yardım göstərməyib, indi isə öz tarixində ilk dəfə olaraq Ukraynaya belə yardım göstərmək qərarına gəlib.
İsveç də Ukraynaya kömək etmək qərarına gəlib. "İsveç Finlandiyaya yardım etdiyi 1939-cu ildən indiyədək ilk dəfə bizə kömək edir", - Kuleba deyib.
"Norveç NATO-ya daxil olmayan, müharibə şəraitində olan ölkələrə silah verməmək siyasətindən uzaqlaşaraq, Ukraynaya dəstək üçün müstəsna qərar qəbul edib. Oslo bizə 2 000 ədəd tank əleyhinə qumbaraatan göndərir. Mübarizəni davam etdirmək üçün hər cür əsasımız var. Müqaviməti davam etdirməliyik", - Kuleba vurğulayıb.
Qeyd edək ki, fevralın sonunda Avropa İttifaqı Ukraynaya öldürücü silahların verilməsini nəzərdə tutan 450 milyon avro dəyərində dəstək paketi barədə razılığa gəlib.
7NEWS.Az







