RU
Kuleba Çernobıl AES-də radiasiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib
21:10
1317

Kuleba Çernobıl AES-də radiasiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Ukraynanın xarici işlər naziri Çernobıl AES-dən radiasiya sızması təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

7NEWS.Az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
"Rusiya ordusunun işğal etdiyi Çernobıl AES-i və onun bütün nüvə obyektlərini təmin edən yeganə elektrik şəbəkəsi zədələnib. AES bütün elektrik təchizatını itirib. Mən beynəlxalq ictimaiyyəti təcili olaraq Rusiyadan atəşi dayandırmağı və təmir bloklarına elektrik enerjisinin verilməsini bərpa etməyə icazə verməsini tələb etməyə çağırıram.

Ehtiyat dizel generatorları Çernobıl AES-i enerji ilə təmin etmək üçün 48 saatlıq gücə malikdir. Bundan sonra işlənmiş nüvə yanacağının anbarının soyutma sistemləri dayanacaq və radiasiya sızması qaçınılmaz olacaq", nazir bildirib.

Dmitri Kuleba Rusiyanın başlatdığı müharibənin bütün Avropanı təhlükə qarşısında qoyduğunu və onun dərhal dayandırmalı olduğunu vurğulayıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ