Ukraynanın müdafiəsi üzrə beynəlxalq koalisiyaya qoşulan ölkələrin sayı 73-ə çatıb.
7NEWS.Az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba feysbukda yazıb.
"Dünya Ukraynanı dəstəkləyir. Ukraynanı müdafiə edən beynəlxalq koalisiya güclənməkdə davam edir. Dünən onun tərkibinə 58 ölkə və 6 beynəlxalq təşkilat daxil olub. Bu günə olan məlumata görə, koalisiyada artıq 73 ölkə və 9 beynəlxalq təşkilat var", - Kuleba bildirib.
7NEWS.Az







