Ötən gün Bakıda əsən güclü külək nəticəsində Qaradağda evin damı uçub.
Səhiyyə Nazirliyindən 7News.Az-a verilən məlumata görə, hadisə nəticəsində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edilib:
"İnsident nəticəsində xəsarət alan olmayıb. Sadəcə olaraq, hadisə nəticəsində bir qadının təzyiqi qalxıb. Ona müvafiq yardım göstərilib. Hazırda vəziyyəti yaxşıdır”.
7News.Az








