RU
Külək Şamaxını bu hala saldı
23:08
407

Külək Şamaxını bu hala saldı

Bu gün günorta saatlarından Şamaxıda başlayan güclü külək fəsadlar törədib.

7news.az Kanal S-ə istinadən xəbər verir ki, şəhərin Şərifzadə və Rəsul Rza küçələrinin kəsişməsində küləyin təsirindən üç ağac aşıb. Ağaclardan biri evin damına düşüb. Evə ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Aşan digər iki ağac isə avtomobil yoluna düşüb.

Hadisə nəticəsində elektrik naqilləri qırılıb və elektrik enerjisinin verilişində fasilə yaranıb. Eləcə də küçədə avtomobillərin hərəkətinə maneə yaranıb.

Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Aşan ağaclar doğranaraq ərazidən yığışdırılıb.

7news.az

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ