Güclü külək Xaçmazda fəsadlara səbəb olub.
7News.Az-ın məlumatına görə, şəhərin Nəriman Nərimanov 72A ünvanında binanın damı güclü külək nəticəsində uçub.
Yola düşən dam örtükləri ərazidə piyadaların gediş-gəlişinə çətinlik yaradıb. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.








