RU
Küləyin fəsadlarından 11 nəfər xəsarət alıb
10:50
169

Küləyin fəsadlarından 11 nəfər xəsarət alıb

Bakıda dünəndən başlayan güclü külək nəticəsində 11 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən 7News.Az-a verilən məlumata görə, paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər (5 kişi, 6 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ