Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Camal Cəbrayılovun (1989-cu il təv.) CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama ) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
7news.az xəbər verir ki, bu il aprelin 29-da Yasamal RPİ Narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları daxil olan əməliyyat məlumat əsasında
Camal Cəbrayılovu saxlayıblar, ona məxsus çantaya baxış keçirilərkən oradan 1 kq 10 qram heroin aşkar edilib. Araşdırma zamanı onun əvvəllər məhkum olunması məlum olub.
İş üzrə dindirilən C.Cəbrayılov narkotik vasitəni tanımadığı şəxsdən satış məqsədi ilə əldə etdiyini bildirib.
Məhkəmə prosesində C.Cəbrayılov ittiham üzrə özünü qismən təqsirli hesab edib
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.










