İşlədiyi şirkətdə külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən Nihad Fərzəliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Nihad Fərzəliyev 5 il müddətə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, mənimsədiyi pulu ödəməli olacaq.
Qeyd edək ki, təqsirləndirilən Nihad Fərzəliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.








