RU
Külli miqdarda Rusiya rublunun ölkədə çıxarılmasının qarşısı alındı
15:50
358

Külli miqdarda Rusiya rublunun ölkədə çıxarılmasının qarşısı alındı

Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün üzərlərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən 7news.Az-a verilən məlumata görə, yoxlama nəticəsində onların hər birinin üzərindəki gödəkcənin cibindən və hər ikisinin ayaqqabılarının içərisindən şəffaf ağ rəngli polietilen paketə bükülü şəkildə 1 milyon 200 min Rusiya rublu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ