Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postundan keçməklə Azərbaycandan Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən 7news.Az-a verilən məlumata görə, nəticədə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilmiş 50 min Rusiya rublu əvəzinə 500 min rubl aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








