RU
Kür çayında 1 nəfər batıb, axtarışları aparılır
12:40
173

Kür çayında 1 nəfər batıb, axtarışları aparılır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHNd-ən Milli.Az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ