RU
Kür çayında qadın meyiti tapılıb
10:22
1844

Kür çayında qadın meyiti tapılıb

Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Sabirabad rayonu, Muradbəyli kəndi ərazisindən axan hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

7News.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1981-ci il təvəllüdlü İsgəndərova Almaz Alməmməd qızının cəsədi batdığı yerdən tapılaraq çıxarılıb. 

Meyit aidiyyəti üzrə təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ