RU
Kürdə 12 yaşlı uşaq batıb
11:50
998

Kürdə 12 yaşlı uşaq batıb

Kür çayının Zərdab rayonunun Bıçaqçı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Səmədov Kənan Cabir oğlunun batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən (FHN) 7news.Az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ