RU
Kürdə 19 yaşlı oğlan batıb - YENİLƏNİB
10:00
447

Kürdə 19 yaşlı oğlan batıb - YENİLƏNİB

Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun axtarışları başa çatıb.

FHN-dən 7news.Az-a verilən məlumata görə, E.İsgəndərovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

08:56

Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən 7news.Az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ