RU
Kürdə su azaldı, küp qəbirlər aşkarlandı - Foto
14:00
261

Kürdə su azaldı, küp qəbirlər aşkarlandı - Foto

Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.

Bu barədə AMEA-dan 7News.Az-a daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunublar.

Hazırda araşdırmalar davam etdirilir.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ