RU
Kürdəmir polisinin rəisi Penitensiar Xidmət rəisinin birinci müavini
11:55
1415

Kürdəmir polisinin rəisi Penitensiar Xidmət rəisinin birinci müavini

Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Oqtay İlyas oğlu Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin birinci müavini təyin olunub.

Bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Xatırladaq ki, bundan əvvəl prezidentin fərmanı ilə Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Ceyhun Həsənov Ədliyyə Nazirliyinin Penitesiar Xidmətinə rəis təyin edilib.

Onu da qeyd edək ki, əvvəllər Penitensiar Xidmət rəisinin birinci müavini vəzifəsini vaxtilə prezidentin mühafizəçisi olmuş Mahir Musayev icra edirdi. M.Musayev 2015-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib./virtualaz.org

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ