Kürdəmir sakinini Xaçmazda cərəyan vurub öldürüb.
Hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb.
Kürdəmir rayon sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov İlyas Ramazan oğlu həmin ərazidə su doldurarkən elektrik naqilinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.








