RU
Kürdəmir və Tərtərdə yol qəzaları: 2 ölü
11:49
1424

Kürdəmir və Tərtərdə yol qəzaları: 2 ölü

Avqustun 27-də saat 01 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndində rayon  sakinləri Ağamusa Mahmudovun idarə etdiyi “VAZ-2106” və Coşqun İsayevin idarə etdiyi “İnfiniti” markalı avtomobillər toqquşub.

7News.az-ın DİN-in saytına istinadən məlumatına görə, qəza nəticəsində A.Mahmudov və 3 sərnişini xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən Elməddin orada ölüb.

Faktla bağlı RPŞ tərəfindən araşdırma aparılır.

Bundan başqa, dünən saat 22 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndində Bərdə rayon sakini Xəyyam Abdullayev idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolu keçən kənd sakini Qəhrəman Nəsirovu vurub.  Xəstəxanaya yerləşdirilmiş piyada  orada ölüb.

RPŞ tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ