RU
Kürdəmirdə 21 yaşlı gənc güllələnərək qətlə yetirilib
11:20
1023

Kürdəmirdə 21 yaşlı gənc güllələnərək qətlə yetirilib

Kürdəmir rayonunda 21 yaşlı oğlan güllələnərək qətlə yetirilib.

Rayonun İsmayıllı kənd sakini, 1997-ci il təvəllüdlü Kənan Əhmədli ov tüfəngindən açılan atəş nəticəsində ölüb. 

Ailə üzvlərinin verdiyi məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib: "Tüfəngi təmizləyirdi. Qəfildən güllə səsi eşitdik və gəlib gördük ki, Kənan yerdə qan içində uzanıb".

Həkimlər isə ailəsinin verdiyi məlumatı təkzib edərək bildiriblər ki, K.Əhmədli sağ boyun nahiyəsindən odlu silahdan açılan atəş nəticəsində ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb./report
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ