RU
Kürdəmirdə 3 otaqlı ev külə döndü...
18:50
389

Kürdəmirdə 3 otaqlı ev külə döndü...

Kürdəmirdə günorta saatlarında yaşayış evində yanğın baş verib.

7News.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbərinə görə, rayonun Şahsevən kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ