Kürdəmirda bıçaqlanma hadisəsi olub.
Hadisə Təklə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 35 yaşlı Şıxəliyev Mübariz Rasim oğlu bir neçə bıçaq xəsarəti alıb. M.Şıxəliyev ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Onun qardaşı, 31 yaşlı Şıxəliyev Cavanşir Rasim oğlu tərəfindən mübahisə zəminində bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az








