Ağdam sakini idarə etdiyi BMW markalı avtomobili aşırıb.
Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən 7news.Az-a verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 164-cü kilometrliyində, Kürdəmirin Sığırlı kəndinin ərazisində qeydə alınıb.
Ağdam rayon sakini Eyvaz Məmmədov idarə etdiyi BMW markalı avtomobili aşırıb.
Nəticədə E.Məmmədovun sərnişinlərindən, arvadı 1964-cü il təvəllüdlü Almas Məmmədova hadisə yerində ölüb. Özü və digər sərnişinləri - oğlu Əsgər və qızı Aytac xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








