Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə ötən gün saat 21 radələrində baş verib. Kürdəmir rayonunun Beyi kəndində baş verib.
Belə ki, Beyi kənd sakini Rüstəmov Qilinc Xuduş oğlu ilə həmyerlisi, əvvəllər məhkum olunmuş Ağasıyev Qardaşəli Ağagül oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Nəticədə Ağasiyev Qardaşəli Ağagül oğlu gəzdirdiyi biçaq ilə Rüstəmov Qılınc Xuduş oğluna xəsarət yetirib. Rüstəmov Qılınc Xuduş oğlu döş qəfəsindən aldığı xəsarətlə Kürdəmir rayon xəstaxanasına çatdırılıb.
Faktla bağlı Kürdəmir RPŞ-da araşdırma aparılır./atv
7news.az








