RU
Kürdəmirdə ikimərtəbəli yaşayış evi yandı
09:53
737

Kürdəmirdə ikimərtəbəli yaşayış evi yandı

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

7News.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Qarasaqqal kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ