RU
Kürdəmirdə kombayn od püskürərək taxıl zəmisini yandırdı - FOTO
11:10
318

Kürdəmirdə kombayn od püskürərək taxıl zəmisini yandırdı - FOTO

Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın baş verib.

7News.Az-ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində Fikrət Məcid oğlu Abdullayevə məxsus taxıl sahəsində baş verib. Yanğın 44 hektar taxıl sahəsinin 2 hektarını əhatə edib.

Hadisə şahidlərinin bildirdiyinə görə, taxıl biçini aparılarkən kombaynın səsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb. Yanğının artıq söndürüldüyü bildirilir.

Hazırda fermerə dəyən ziyan araşdırılır./oxu

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ