RU
Kürdəmirdə oğurluq edən qardaşlar tutulub
23:20
1098

Kürdəmirdə oğurluq edən qardaşlar tutulub

Kürdəmirdə dəmir yolu xəttindən oğurluq edən şəxslər müəyyən edilib.

7NEWS.Az xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi və Yevlax Xətt Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 21-dən 24-dək olan müddətdə Kürdəmir rayonunun Sığırlı dəmir yolu xəttindən 200 metr dirəklərarası naqil, Padar-Qarasu dəmir yolu xəttindən 180 metr tros və Pirsaat-Hacıqabul dəmir yolu xəttindən 50 metr tros oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Mövlanov və qardaşı saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların oğurladıqları əşyaları Biləcəri qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsində satmaları da müəyyən edilib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ