RU
Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb
12:30
38

Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb

Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib.

Hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Məlumata görə, rayonun Atakişili kənd sakini Pərvanə Alı qızı Abdullayevanın apendektomiya cərrahi əməliyyatından (kor bağırsağın çıxarılması) sonra halı pisləşib və ölüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ