RU
Kürdəmirdə qanunsuz ov edən şəxs saxlanılıb
13:00
293

Kürdəmirdə qanunsuz ov edən şəxs saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Şilyan kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Araşdırmalar zamanı həmin şəxsin kənd sakini Ə.Mustafayev olduğu müəyyən edilib.

Həmin şəxsdən bir ədəd ov tüfəngi, həmin silaha aid patronlar, eləcə də ovladığı çöl heyvanları və quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ