Kürdəmirdə kanala düşən avtomobil sudan çıxarılıb.
Rayonun Sor-Sor kəndi ərazisində idarəetmədən çıxaraq Şirvan su kanalına düşən "Toyota" markalı minik avtomobili FHN-nin əməkdaşları tərəfindən kanaldan çıxarılıb. Maşının içərisində boğularaq ölən Rusiya vətəndaşı 27 yaşlı Nimanikin Vadim Andreyeviçin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.
16.43
Kürdəmirdə avtomobil su kanalına düşüb.
7NEWS.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Sor-Sor kəndi ərazisində içərisində 1 nəfərin olduğu ehtimal edilən "Toyota" markalı minik avtomobilinin Yuxarı Şirvan su kanalına düşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.
7NEWS.Az








