RU
Kürdəmirdə toyda yığılan pullar oğurlandı
17:10
471

Kürdəmirdə toyda yığılan pullar oğurlandı

Kürdəmirdə toy məclisində yığılan pullar oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edən Mollakənd kənd sakini C.İsayev iyulun 28-də kənd ərazisindəki şadlıq saraylarının birində keçirilmiş toy məclisində dəhlizdə quraşdırılmış qutudan 4700 manat pulun oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Araşdırmalarla onların Qacılı kənd sakinləri Tərlan Mazanov Ruhan Bəşirzadə olduqları müəyyən edilib.

Oğurlanmış pulların bir hissəsi maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ