RU
Kürdəmirdə yol qəzası olub, ana və oğlu xəsarət alıb
14:50
73

Kürdəmirdə yol qəzası olub, ana və oğlu xəsarət alıb

Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Şilyan kəndi ərazisindən keçən hissəsində baş verən qəzada ana və oğlu xəsarət alıb.

 "Mercedes" və "Mercedes Vito" markalı avtomobillər toqquşub.

Nəticədə Kürdəmir rayon Qarasu kənd sakinləri - 1991-ci il təvəllüdlü Ömərov Fərman Qədim oğlu və anası 1955-ci il təvəllüdlü Ömərova Kafiyə Mirələm qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ