RU
Kürdəxanıda əmisioğlunu öldürən şəxs 15 il müddətinə cəzalandırılıb
17:45
430

Kürdəxanıda əmisioğlunu öldürən şəxs 15 il müddətinə cəzalandırılıb

Bakı Ağır Cinayətlər məhkəməsində Sabunçu rayon sakini Əlisamit Zeynalovun (1963-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amasızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, ötən il sentyabrın 23-ü səhər saat 5 radələrində Kürdəxanı qəsəbəsi, 1 may küçəsində yaşayan Hacıəli Dostməmmədov (1973-cü il təv.) kəsilmiş-dəşilmiş xəsarətlərlə 3 saylı kliniki xəstəxanaya çatdırılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq saat 16 radələrində o dünyasını dəyişib. Fakta görə rayon prokurorluğunda CM-nin ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həmin gün Sabunçu RPİ Cinayət-axtarış şöbəsi və 15-ci polis bölməsinin əməkdaşları tərərfindən şübhəli şəxs qismində mərhumun qohumu Əlisamit Zeynalov saxlanılıb.

İstintaqla müəyyən edilib ki, bir müddət əvvəl həbsdən çıxan Hacıəli Dostməmmədov əmisinin evinə elçi göndərərək onun qızı ilə evlənmək istəyib. Lakin qızı ona verməyiblər, bu səbəbdən qohumlar arasında narazılıq yaranıb və tez-tez mübahisələr baş verib. Ayın 23-də
qızın qardaşıı Əlisamit Zeynalov səhərə yaxın pəncərədən əmisioğlunun yaşadığı evə girib. O yatmış vəziyyətdə olan Hacıəlinin baş və bədən nahiyyələrinə çapacaqla zərbələr endirərək onu ağır yaralayıb və hadisə yerindən qaçıb. Sonuncu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə prosesində Əlisamit Zeynalov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, əməlindən peşman olmadığını bildirib. O, qeyd edib ki baş verənlərin günahkarı mərhum özüdür : "bacımı ona vermədikdən sonra, Hacıəli küçədə, çayxanada oturub-durduğu dost-tanışına qızın, həmçinin ailə üzvlərimizin arxasınca əssasız şayələr yayıb. Bunları eşidəndə, heç kimə demədən onu cəzalandırmaq qərarına gəldim".

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ