PYD, YPG və Suriya Ərəb Koalisiyasını formalaşdıran bir sıra qruplar “Suriya Demokratik Qüvvələri” adı altında İŞİD-ə qarşı birləşir.
Bu barədə YPG nümayəndəsi Polad Can Tvitter hesabında yazıb.
O, qeyd edib ki, ölkənin ən ağrılı günlərində kürdlər, ərəblər, eləcə də digər millətlər terrorçulara qarşı birləşməlidir:
“Suriyanın ən həssas və çətin zamanında birlik nümayiş etdirməliyik. İŞİD-ə qarşı vahid cəbhədən vuruşmalıyıq. “Suriya Demokratik Qüvvələri” yeni müstəqil Suriya uğrunda mübarizə aparmalıdır”.
7news.az








