Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Elçin Lazımovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.
7news.az xəbər verir ki, ötən il aprelin 23-də Nizami rayonunun Q.Qarayev prospektində yerləşən "Mil" kafisində Elçin Lazımov münaqişə zəmnində Saatlı rayon sakini Rəvan Əliyevi (1987-ci il təv.) öldürüb, sonra isə hadisə yerinə gələn Nizami RPİ 24-cü pois bölməsinin əməmkdaşlarına təslim olub.
Faktla əlaqədar Nizami rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun bədən səthində 57 ədəd dəşilmiş-kəsilmiş yaralar aşkar edilib, onun ölümünə massiv qanitirmə səbəb olub.
İstintaqla müəyyən edilib ki, "Azəriqaz" İB-də işləyən Elçin Lazımovın qızı bir ilə yaxın Rəvan Əliyevlə ailəli olub, sonra isə yaranan ailə münaqişələrinə görə ata evinə qayıdıb. Rəvan Əliyev hadisə baş verən kafedə ofisiant işləyib, ayın 23-də özü ilə bıçaq götürən
Elçin Lazımov ora gəlib və kürəkəni ilə bu məsələyə aydınlıq gətirmək istəyib. Onlar masalardan birində əyləşərək, söhbət etməyə başlayıblar, lakın sonuncu qayınatasına yaranan ailə narazılığında onun qızını günahlandırıb. Bu səbəbdən əsəbiləşən Lazımov üzərindəki kəsici alətlə Rəvana xəsarətlər yetirməyə başlayıb, ilk zərbələri onun boyun və kürək nahiyyələrinə endirib. Sonra Elçin Lazımov bıçağı yerdə yıxılmış vəziyyətdə qalan və can verən kürəkəninin üstünə qoyub, özü isə polis əməkdaşlarının gəlişini gözləyib. O, kafedə işləyənlərin niyə Rəvanı vurması sualına cavab verib ki : "belə lazım idi".
Məhkəmə prosesində təqsirləndirilən şəxsin və şahid ifadələrindən məlum olub ki, yeni qurulan ailədə qısqanclıq zəminində mübahisələr baş verib. Hadisədən bir neçə gün əvvəl qız atasına şıkayət edib ki, əri onu aldadır. Belə ki, Rəvan hansısa qadınla mobil telefonla zəngləşib və mesajlaşıb, məsələnin üstü açılanda isə, o arvadından boşanmaq istədiyini bildirib. Elçin Lazımov ittiham üzrə özünü təqsirli bilməyib.
Dövlət ittihamçısı çıxışının sonunda onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Lazımov 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Hökmdən narazı qalan təqsirəndirilən şəxs apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsinin qərarı ilə E.Lazımovun cəzası
12 il 6 ay müddətinə endirilib.
Bununla əlaqədar dövlət ittihamçısı kassasiya protesti verib, Ali Məhkəmə həmin qərarı ləğv edərək yenidən işi baxılması üçün
Bakı Apellyasiya Məhkəməsinə göndərib.
İşi növbəti dəfə araşdıran məhkəmə qərar qəbul edib ki, məhkumun cəzası 12 il 6 aya endirilib.












