Türkiyənin məşhur serialı "Kurtlar Vadisi Pusu” ekranlara qayıtmağa hazırlaşır.
7News.az "Haber7”ə istinadən xəbər verir ki, "Pana film" serialın yayımlanması üçün telekanallarla danışıqları davam etdirir. İddia edilir ki, serialın sujet xətti ölkədə baş verən hərbi çevrilişə cəhd və terrorçularla mübarizə məsələləri ətrafında qurulacaq. Bildirilir ki, yeni bölümlərin çəkilişləri üçün artıq hər şey hazırdır. Sezon fraqmanının yaxın günlərdə təqdim ediləcəyi ilə bağlı məlumatlar da var. Dekabr ayı ərzində serialın ekrana qayıdacağı istisna edilmir.
Qeyd edək ki, "Pana film"in hərbi çevrilişə cəhdlə bağlı məsələlərdə adının hallanması serialın yenidən yayımlanmasını sual altında qoymuşdu.
7News.az







