RU
17:54
504

"Kurtlar Vadisi Pusu" serialının adı dəyişdirildi - Yeni adı belə olacaq...

Baxış rekordları qıran "Kurtlar Vadisi Pusu” serialının nümayiş olunacağı telekanalın adına aydınlıq gəlib.

Serial bu  mövsüm "360 Tv” kanalında yayımlanacaq. "Pana Film" bununla bağlı hələki rəsmi açıqlama verməsə də, bəzi aktyorlar serialın yeni adresi kimi məhz bu telekanalı göstərib.

Üstəlik "360 TV” 10 oktyabr tarixindən etibarən serialın köhnə bölümlərini yerli vaxtla 20:00 nümayiş etdirməyə başlayacaq. Rəhbərliyin bununla bağlı açıqlaması yeni bölümlərin də məhz bu kanalda nümayiş olunacağı iddialarını gücləndirib.

Yeni mövsumdə serialın sujet xəttinin ölkədə baş verən hərbi çevrilişə cəhd mövzusunun üzərində qurulacağı güman edilir. Bu üzdən serialın adının da "Kurtlar Vadisi Darbe” olaraq dəyişəcəyi gözlənilir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ