RU
Kuryer yeməyin içinə tüpürərkən kameraya düşdü - FOTO
16:30
159

Kuryer yeməyin içinə tüpürərkən kameraya düşdü - FOTO

ABŞ-də kuryer xidməti göstərən şəxs sifarişin içinə tüpürüb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Florida ştatında kuryerin bu qeyri-adekvat hərəkəti kameraya düşüb. O, bağlamaya təslim etiketini yapışdıırb və düz 3 dəfə yeməyə tüpürüb. Yeməyi yeyən ev sahibəsi və 13 yaşlı oğlu bunları deyib: "Görüntülərə baxanda artıq həmin yeməyi bitirmişdik. Həmin vaxt ürəyimiz ağzımıza gəldi. Oğlum gedib qaytarmaq istədi. "

Bəxşişin az olması səbəbindən etdiyi güman olunur.

"Sifarişimiz cəmi 30 dollar etdi, 3 dollar da bəxşiş ödədik. Məncə puldan narazı qalıb deyə belə edib." yeniyetmə qeyd edib.

Çatdırılma xidmətindən bildirilib ki, həmin şəxs artıq işdən uzaqlaşdırılıb. Onun başqa necə cəzalandırılması ilə bağlı məlumat isə gizli saxlanılıb.
 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ