7NEWS.az xəbər verir ki, Küveytdə siyasi böhran yaranıb. Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah dərc etdiyi fərmanla parlamenti buraxıb. Fərmanda parlament konstitusiyanı pozmaqda, o cümlədən "təhqiredici və nalayiq” ifadələrdən istifadə etməkdə ittiham edilib. Sözügedən fərman nazirlərin deputat Əbdül Kərim əl-Kəndarinin çıxışını əmirə təhqir kimi şərh etdikdən sonra parlamentin dünənki iclasını boykot etməsindən sonra verilib.
7NEWS.az








