Yerli mətbuatın məlumatına görə, Küveyt hökuməti sağlamlıq səbəbi ilə paytaxtdakı qəbiristanlıqlarda əl sıxmağı qadağan etməyi planlaşdırır.
7NEWS.az xəbər verir ki, Küveytin aparıcı qəzetlərindən biri olan "Al Ceride”nin bir dövlət məmuruna əsaslanan xəbərinə görə, Küveytin paytaxtında dəfn mərasimlərində əl sıxmaq qadağan ediləcək. Küveytin Səhiyyə Nazirliyi qəbiristanlıqlarda yas tutan insanları başsağlığı verərkən əl sıxmağı dayandırmağa və göz salamı ilə kifayətlənməyə çağırıb.
7NEWS.az








