Küveytdə aralarında millət vəkillərinin də olduğu bir qrup aksiya keçirərək Rusiyanın Küveytdəki səfiri Aleksey V. Solomatinin ölkədən çıxarılmasını tələb edib.
7news.Az avropa.info-ya istinadən xəbər verir ki, Suriya rejimi və müttəfiqlərinin Hələb şəhərində törətdiyi qırğına etiraz etmək üçün, aralarında millət vəkillərinin də olduğu bir qrup Rusiyanın Küveytdəki səfirliyi qarşısında aksiya keçiriblər.
Aksiyada çıxış edən Küveyt parlamentinin deputatı Ceman əl Harbeş Küveytin Hələbdə baş verən qətliamı dayandırmaq üçün bütün səlahiyyətlərindən istifadə edəcəyini deyib.
Deputat Mərzuk əl-Xəlifə isə Körfəz ölkələrini Hələb məsələsində konkret mövqe ortaya qoymağa çağırıb.
Deputat Vəlid Tabetabai isə başda Rusiya səfiri olmaqla Suriya rejimini dəstəkləyən bütün səfirlərin deportasiya edilməsini tələb edib.
7news.Az








