RU
Küveytin Xartum səfirliyinə basqın edilib
14:04
23

Küveytin Xartum səfirliyinə basqın edilib


Küveytin Xarici İşlər Nazirliyi Sudanın paytaxtı Xartumdakı səfirlik binasına bağlı iqamətgahın basqın edilərək dağıdıldığını açıqlayıb. 

7NEWS.az xəbər verir ki, nazirliyin yazılı açıqlamasına görə, Küveytin Xartumdakı səfirliyinin Hərbi İdarəsinin rəisinin iqamətgahına basqın edilib. Nazirlik basqını pisləyərək ölkə hökumətini və bütün münaqişə tərəflərini diplomatik missiya mərkəzlərinin tam mühafizəsini təmin etmək üçün lazımi tədbirlər görməyə çağırıb. Basqınlara görə məsuliyyət daşıyan cinayətkarların cəzalandırılmasını tələb edən bəyanatda heç bir tərəf günahlandırılmayıb. 

Aprelin 15-də qarşıdurmalar başlayandan paytaxt Xartumda Səudiyyə Ərəbistanı və İordaniya səfirliklərinə və əlaqədar binalara müxtəlif basqınlar həyata keçirilib, ətraf ərazilər dağıdılıb. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ