Atlantik okeanın mərkəzindəki Azor adalarında keçirilən korrida, ortaya qeyri adi görüntü çıxarıb.
Çimərliyə gələn qəzəbli öküzün, qəflətən dənizdə çimənlərə hücum edib və insanlara qorxulu anlar yaşadıb.
İspaniya və Latın amerikasında keçirilən ənənəvi korridalardan fərqli olaraq, Azor adalarında buğanı arena əvəzinə küçəyə buraxan sakinlər, daha sonra onun qaraşısında qaçmaqla əylənməyə çalışır. Küçə-küçə qaçan öküzün sonda çimərlikdəki insanları hədəf alması isə, o qədər də ənənəvi hal deyil. Suya baş vuraraq çimənlərə buynuz atan öküzün də çətinlk çəkdiyi, həvəskar kameradan bu cür lentə alınıb.
Ətrafdakılar öküzün diqqətini yayındıraraq onu yenidən çimərliyə çıxarıb. Sudakı insanlar yalnız bundan sonra rahat nəfəs ala biliblər. Bir neçə nəfərin yaralandığı olayda tələfatın qeydə alınmadığı bildirilir. Qeyd edək ki, Azor adalarında "kəndir üzərində korrida" adı verilən mərasim, il ərzində 5 dəfə keçirilir./atv
7news.az








