Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.
Bildirilir ki, "Ford” markalı avtomobil piyadanı vurub.
Belə ki, meşşan həyatı keçirən kişi yüksək sürətlə hərəkət edən maşının qabağına çıxıb. Nəticədə maşın onu vurub. Piyada hadisə yerində ölüb.
Hadisə şahidləri bildiriblər ki, həmin maşında "Parni iz Baku" KVN komandasının üzvü, "Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov da olub.
Baş verən qəzanın görüntülərini təqdim edirik.
7News.Az








