İspaniya La Liqası təmsilçisi "Villareal" baş məşqçisi Maselino Qarsiya Toralı istefaya göndərib.
7News.az-ın klubun saytına istinadən aydığı xəbərə görə, klub rəhbərliyi Çempionlar Liqasının "pley-off" mərhələsində "Monako" ilə oyun öncəsi bu qərarı verib. Yeni baş məşqçinin adının yaxın günlərdə açıqlanacağı bildirib.
İspaniya mətbuatı "Villareal"ı "Mançester Siti"nin sabiq baş məşqçisi Manuel Pelleqrininin çalışdıra biləcəyini yazıb.








