RU
La Liqa təmsilçisində yeni baş məşqçi
21:15
946

La Liqa təmsilçisində yeni baş məşqçi

La Liqa təmsilçisi "Hetafe" klubunun yeni baş məşqçisi müəyyənləşib.

7News.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, komanda Xuan Esnayderə tapşırılıb.
 
O, yeni vəzifəsində dünən istefaya göndərilmiş Fran Eskribi əvəzləyib. Komandanın son turlardakı uğursuz çıxışından sonra Eskriblə yollarını ayırmaq qərarı verən rəhbərlik baç məşqçi vəzifəsinə daha öncə klubda çalışan Esnayderi gətirib.

Qeyd edək ki, Esnayder 2009-2011-ci illərdə "Hetafe"də baş məşqçinin köməkçisi vəzifəsində işləyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ