Oktyabrın 30-da Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan "LOGOS şagirdlərin nitq və ünsiyyət yönlü bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin açılış tədbiri keçirilib.
"LOGOS şagirdlərin nitq və ünsiyyət yönlü bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin açılış mərasimi Laçın rayon Ramiz Musayev adına Vağazin kənd 1 nömrəli tam orta məktəbdə keçirilib.
Açılışda Azərbaycan Elm və Təhsil Nazirliyinin Laçın şəhər təhsil şöbəsinin metodisti, Laçın rayonun R.R.Musayev adına Vağazin kənd 1 nömrəli tam orta məktəb, S.A.Əmirov adına Vağazin kənd 2 nömrəli tam orta məktəbi, Taxtakörpü qəsəbə tam orta məktəbi, Laçın rayon 37 nömrəli tam orta məktəbi, P.H.Bəylərov adına Alxaslı kənd tam orta məktəbi, P.Ə Məmmədov adına Qarıqışlaq kənd tam orta məktəbi, E.Ə Məhərrəmov adına Hacılar kənd tam orta məktəbi, Sadınlar kənd tam orta məktəbi, İ.İ.Quliyev adına Fingə kənd tam orta məktəbi və M.Məmmədov adına Qarakeçdi kənd tam orta məktəbin direktorları, müəllimlər və şagirdlər iştirak edib.
Layihənin əsas məqsədi məktəblilərin natiqlik və təqdimat bacarıqlarının artırılmasına dəstək olmaq və regionda təlimçi bazası yaratmaq, 10 müəllim üçün "Təlimçilər üçün təlim” formatında natiqlik təlimlərinin keçirilməsi,10 məktəbdə natiqlik klublarının yaratmaqdan ibarətdir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.
Açılış tədbiri və layihənin icra prosesi barədə məlumatlar sosial şəbəkə hesabları vasitəsilə ictimaiyyətə təqdim olunacaqdır.








