RU
Laçın postundan keçən erməni Azərbaycan dilində danışdı: Hər şey qəşəngdir
13:20
60

Laçın postundan keçən erməni Azərbaycan dilində danışdı: Hər şey qəşəngdir

Bu gün Xankəndi-Gorus istiqamətində Laçın postundan erməni əsilli şəxslərin növbəti dəfə sərbəst keçidinin təmin olunduğu, məntəqədən növbəti dəfə 100-ə yaxın şəxsin Ermənistan istiqamətinə sərbəst şəkildə keçidlərinin təmin edildiyi barədə məlumat verdik.

7News.Az Trend-ə istinadən bildirir ki, "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən erməniəsilli şəxslərdən birinin Azərbaycan dilində oradakı abu-hava barədə nitqi diqqətdən qaçmayıb.
Ətraflı

Xankəndi-Gorus istiqamətində Laçın sərhəd-buraxılış məntəqəsindən keçid edən bu erməniəsilli şəxs sərbəst keçidin təmin olunmasından razılığını azərbaycanlı jurnalistlərə açıqlamasında "Hər şey qəşəngdir" deyə reaksiya verib.

Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ